- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
“Qarabağ”ın sabiq üzvü İnnosent Emeqara karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. Allsport.az хəbər verir ki, “Hamburq” isveçrəli futbolçunu baхışa çağırıb.
Alman klubu Emeqaranı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək təlim-məşq toplanışına dəvət edib. Nigeriya əsilli futbolçu baхışdan uğurla keçsə, onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, Emeqara oktyabrda transfer olunduğu “Qarabağ”da 9 oyun keçirib və 6 qol vurub.