- Baxış sayı: 31
- 23 Dekabr 2025 13:59
- Baxış sayı: 125
- Dekabr 22, 2025
- 0


Azərbaycan premyer liqasında 2025-ci ilə yekun vurulub.
Allsport.az xəbər verir ki, il ərzində iki fərqli mövsüm çərçivəsində 185 matç keçirilib.
2024/25 mövsümünün ikinci yarısında 90, 2025/26 mövsümünün ilk hissəsində 95 qarşılaşma baş tutub. Bu görüşlərdən biri texniki nəticə ilə yekunlaşıb.
Həmin matç nəzərə alınmasa, 184 oyunda 447 qol vurulub. Orta məhsuldarlıq 2,43-ə bərabər olub.
Bu il 13 komanda Premyer Liqada çıxış edib. “Səbail” ötən, “Qəbələ”, “Karvan-Yevlax” və “İmişli” cari mövsümdə bu həyəcanı yaşayıb.
2025-ci ilin ən yaxşısı “Qarabağ” olub. Ağdam klubu qələbə (24), vurulan qol (71), top fərqi (44) və xalların sayında (78) hamını qabaqlayıb. Hər iki mövsümdə çıxış edənlər arasında ən az qol buraxan da (22) “Qarabağ”dır.
Ağdamlılar məğlubiyyətlərin az olmasında “Zirə” ilə şərikdir. Qəsəbə klubu xal sayında 2-cidir. Cari mövsümün qış çempionu “Sabah” isə ilin 3-cü komandasıdır.
| 1 | Qarabağ | 34 | 24 | 6 | 4 | 71-22 | +49 | 78 |
| 2 | Zirə | 34 | 21 | 9 | 4 | 54-26 | +28 | 72 |
| 3 | Sabah | 34 | 15 | 14 | 5 | 52-31 | +21 | 59 |
| 4 | Turan Tovuz | 33 | 14 | 8 | 11 | 40-36 | +4 | 50 |
| 5 | Neftçi | 34 | 11 | 13 | 10 | 43-39 | +4 | 46 |
| 6 | Araz-Naxçıvan | 34 | 10 | 15 | 9 | 38-41 | –3 | 45 |
| 7 | Sumqayıt | 34 | 11 | 7 | 16 | 39-48 | –9 | 40 |
| 8 | Şamaxı | 34 | 10 | 9 | 15 | 34-41 | –7 | 39 |
| 9 | Kəpəz | 34 | 8 | 6 | 20 | 27-63 | –36 | 30 |
| 10 | İmişli | 16 | 4 | 5 | 7 | 14-16 | –2 | 17 |
| 11 | Səbail | 18 | 2 | 7 | 9 | 12-29 | –17 | 13 |
| 12 | Qəbələ | 15 | 2 | 2 | 11 | 11-21 | –10 | 8 |
| 13 | Karvan-Yevlax | 16 | 1 | 3 | 12 | 12-34 | –22 | 6 |