“Qarabağ”ı 1800 manatlıq cərimələyib

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Neftçi” matçında “kimyaçıları”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Oyunun 85-ci dəqiqəsində ev sahibinin futbolçusu Arif Daşdəmirov 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sabah” – “Qəbələ” matçında debütantın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.
Görüşün 83-cü dəqiqəsində meydan sahibindən Erik Ramos 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Yakub Jezniçak 2-ci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.
Matç başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan