“Qarabağ”ı ÇL-dən qovan klub “Malmö”yə rəqib oldu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq 10 cütlük müəyyənləşib.

Təəssüf ki, bu mərhələdə Azərbaycan təmsilçisi iştirak etməyəcək. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iki oyunun nəticəsinə görə Şotlandiyanın “Seltik” klubuna uduzan (0:1, 0:0) “Qarabağ” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. “Seltik” isə pley-off mərhələsində İsveç çempionu “Malmö” ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 18/19 avqust, cavab qarşılaşmaları isə 25/26 avqust tarixlərində keçiriləcək.

“Astana” (Qazaxıstan) – APOEL (Kipr)
“Skenderbeu” (Albaniya) – “Dinamo” (Xorvatiya)
“Seltik” (Şotlandiya) – “Malmö” (İsveç)
“Bazel” (İsveçrə) – “Makkabi” (Təl-Əviv, İsrail)
BATE (Belarus) – “Partizan” (Serbiya)
“Latsio” (İtaliya) – “Bayer” (Leverkuzen, Almaniya)
“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika)
“Sportinq” (Portuqaliya) – CSKA (Moskva, Rusiya)
“Rapid” (Avstriya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
“Valensiya” (İspaniya) – “Monako” (Fransa)

Həmin kateqoriyadan