- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün UEFA-da “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin son turunda “İnter”lə keçirilən oyunla (0:0) bağlı apellyasiya şikayətinə baxılıb. Allsport.az xəbər verir ki, qitənin ali futbol qurumu Ağdam təmsilçisinin şikayətini rədd edib.
Lakin klubun vəkili Qürur Qaye Ünal Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının cəzalandırıla biləcəyini deyib:
“Apellyasiya Komitəsindən verilən açıqlamada Riçard Almeydanın qolunun hakimlər tərəfindən qeydə alınmamasının yanlış qərar olduğu bildirildi. Həmçinin qeyd olundu ki, UEFA həmin görüşün hakimlərini cəzalandıra bilər. Ancaq oyun yenidən keçirilməyəcək”.
Xatırladaq ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, matçın baş hakimi Miroslav Zelinka bu qolu ofsayd kimi qiymətləndirərək qeydə almayıb. Nəticədə Ağdam təmsilçisinin yer aldığı F qrupundan növbəti mərhələyə qrup birincisi kimi “İnter”, qrup ikincisi kimi “Dnepr” klubları adlayıb.