- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın Topaz Premyer Liqasının 2015/16 mövsümündə qazandığı qələbə yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, 2-ci turun “Rəvan”la səfər oyununda (2:1) qalib gələn Ağdam təmsilçisi Azərbaycan çempionatında 350-ci dəfə meydanı qələbə ilə tərk edib.
Əyalət klubu “350”yə 659-cu matçında nail olub. “Qarabağ”ın hesabında 350 qələbə ilə yanaşı, 158 heç-heçə və 151 məğlubiyyət də var.
214 dəfə evdə, 133 dəfə səfərdə qalib gələn ağdamlılar neytral meydanda 3 qələbə qazanıb. Ağdamlılar Azərbaycan çempionatındakı qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakı klubunun hesabında 387 qələbə var.
Cari mövsümdə ilk qələbəsini qazanan əyalət klubu əvvəlki 23 çempionatda ən çox – 24, ən az 5 dəfə qalib gəlib: 1992 – 24, 1993 – 11, 1993/94 – 21, 1994/95 – 13, 1995/96 – 13, 1996/97 – 23, 1997/98 – 14, 1998/99 – 20, 1999/2000 – 5, 2000/01 – 5, 2001/02 – 13, 2003/04 – 19, 2004/05 – 22, 2005/06 – 12, 2006/07 – 6, 2007/08 – 11, 2008/09 – 14, 2009/10 – 14, 2010/11 – 17, 2011/12 – 15, 2012/13 – 16, 2013/14 – 21, 2014/15 – 20.
Qeyd edək ki, “Qarabağ” çempionatda ilk qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə ev oyununda qazanıb – 6:0.