- Baxış sayı: 29
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 49
- Noyabr 21, 2024
- 0
Qadınların superliqasının 12-ci turunun mərkəzi görüşündə “Qarabağ” gedişatda üstün olsa da, yekunda “Azərsu”ya 26:28 hesabı ilə uduzdu. Matçdan sonra məğlub komandanın mərkəz həndbolçusu allsport.az saytına Anna Həmidova bunu deyib:
“Bu oyuna yaxşı hazırlaşmışdıq. Rəqib bizlə bacarmırdı. “Azərsu”dan bir baş üstün idik. Amma matçın son 15 dəqiqəsində hakimlər növbəti dəfə “Qarabağ”a qarşı qərəzli oldular. Çox təəssüf ki, bu insanlarda heç bir ədalət və vətənpərvərlik hissi yoxdur.
Hər dəfə eyni şey təkrar olunur. Komandamıza bu cür münasibəti anlamıran. Gəncləri nəzərə almasaq, “Qarabağ” yerli oyunçulardan qurulan yeganə kollektivdir”.