“Qarabağ”ın kapitanı: Qələbəmizi halal sayıram
25 fevral 2018 / 12:18 Baxış sayı: 1525 Qadın həndbolçuların superliqasının 13-cü turunda “Qarabağ” paytaxtda ölkə çempoinu “Nur” üzərində əzmkar qələbəyə sevindi. Matçdan sonra qalib komandanın kapitanı Sultanə Tağıyeva (Ələsgərova) allsport.az saytına açıqlamasında bunu söyləyib:
“Görüş çox gərgin keçdi. Qızlarımız çox yorğun idi. Vaxtaşırı əvəzetməsiz oynamaq çox çətindir. Bildiyimizə görə, “Nur” protest yazıb. Amma qələbəmizi halal sayıram. Hamının fikrincə, hakimlər düzgün oyunu idarə ediblər. Bu arada, onlara təşəkkür edirəm.
“ABU arena”ya toplaşanlar qarşılaşmanın çox maraqlı və gözəl keçdiyini dedilər. Demək, hakim səhvi olmayıb. Onlar düzgün idarə etməsəydilər, oyun bu qədər maraqlı olmazdı”.