“Qarabağ”ın məşqçisinin ürəyi dayandı, xəstəxanaya qaldırıldı

“Qarabağ”ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedib. Allsport.az xəbər verir ki, Ağdam klubunun məşqçiləri və koordinatoru Con van Loenin rəhbərliyi altında onun vətəninə işguzar səfərə yollanıblar.

Səfər zamanı 17 yaşlılardan ibarət komandanın məşqçi köməkçisi Cavad Mirzəbəylinin səhhətində ani ürək dayanması baş verib. “Qarabağ” rəhbərliyinin təşəbbüsü ilə Cavad Mirzəbəyli Amsterdamın ən yaxşı ürək xəstəxanasına yerləşdirilib. Yüngül əməliyyatdan sonra vəziyyəti yaxşılaşan məşqçi hazırda palataya yerləşdirilib və məşqçinin durumu qənaətbəxşdir.

Həmin kateqoriyadan