- Baxış sayı: 47
- 04 Dekabr 2025 21:18
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0
Futbol üzrə İtaliya çempionatında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Milan “İnter”i də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Roma”nın qonağı olub. Paytaxt təmsilçisi “Qarabağ”ın rəqibini 4:2 hesablı məğlubiyyətlə yola salıb. “İnter”in qollarını Ranokkya və Osvaldo vurub.
Qeyd edək ki, “İnter” 13 oyundan sonra 17 xalla 11-ci sırada qərarlaşıb.