- Baxış sayı: 35
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın keçmiş yarımmüdafiəçisi Kristian Torres Latviya vətəndaşlığı alıb. Allsport.az saytı xəbər verir ki, bu gün argentinalı futbolçunun vətəndaşlığa qəbul olunması Latviya Seymində (Parlamentində) səsverməyə çıxarılıb. 91 deputatdan 87-si hazırda “Liepaya” klubunda çıxış edən bu oyunçunun xüsusi xidmətlərini nəzərə alaraq, ona vətəndaşlıq verilməsinin lehinə səs verib.
Torres Latviyada beş mövsüm oynadıqdan sonra Azərbaycana gəlmiş, burada “Qəbələ”, “Rəvan” və “Qarabağ”da çıxış etmişdi. Burada 109 oyun keçirən argentinalı cəmi 12 qol vurmuşdu. 2014-cü ildə isə Torres yenidən Latviyaya qayıtmışdı. Son üç mövsümü “Liepaya”da keçirən, son mövsümdə bu komanda ilə çempion olan və çempionatın ən yaxşı futbolçusu seçilən Kristian demək olar ki, latviyalıların sevimlisinə çevrilib.
Torres 2013-cü ildə “Liepaya”nın məşqçilərindən birinin bacısı ilə ailə həyatı qurub və onların ötən il bir qızı olub. Böyük ehtimalla, bu ölkənin vətəndaşlığını aldığı üçün o, bundan sonra Latviya yığmasına da dəvət alacaq.