- Baxış sayı: 35
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 42
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın Avstriya toplanışıda yoxlama oyunu keçirəcəyi Rusiyanın “Rostov” klubu ciddi problemlə üzləşib. Allsport.az saytı xəbər verir ki, Premyer Liqanı 2-ci pillədə başa vuran klub baş məşqçisi Qurban Berdıyevlə razılığa gələ bilmir.
Tərəflər arasındakı müqavilənin müddəti başa çatıb. Klub mütəxəssisə yeni müqavilə təklif etsə də, Berdıyev onu müsbət cavablandırmağa tələsmir. Buna səbəb komandada ciddi maliyyə problemlərinin olmasıdır. Rusiya mətbuatının məlumatına görə, tərəflərin bu məsələdə necə razılığa gələcəyi hələ bilinmir.
Qeyd edək ki, Berdıyev son mövsümdə “Rostov”a gümüş medalları qazandırmaqla tarixinin ən yaxşı nəticəsinə imza atıb. “Qarabağ”la “Rostov” arasındakı oyun iyunun 28-də baş tutacaq.