- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın türkiyəli vəkili Qurur Günal UEFA-ya ünvanlanan şikayət məktubu barədə məlumat verib. Allsport.az xəbər verir ki, onun azərisport.az saytına açıqlamasına görə, Avropa Futbol Qurumunun “Qarabağ”ın məsələsiylə bağlı məhkəmə tələbini qəbul etməsi müsbət haldır:
“Qarabağ” klubundan mənə məsələylə bağlı məlumat veriləndən sonra işə başladıq. Qısa zamanda “Qarabağ” – “İnter” oyunuyla bağlı araşdırma apardıq. Görüşün videoyazısı, mətbuatda olan məlumatları UEFA-ya göndərdik, Üstəlik, məktubda iki məsələylə bağlı iddia qaldırdıq. Birincisi, qolun qaydalar çərçivəsində vurulması, ikincisi hakimin oyunu vaxtından əvvəl başa vurmasıyla bağlıdır. UEFA-nın mövcud qaydalarına görə, matçdan 48 saat sonra bizim müraciət etmək hüququmuz var”.
Günalın sözlərinə görə, UEFA-nın “Qarabağ”ın iddiasına fevralın 5-də baxacağı rəsmən təsdiqlənib. Həmin gün hansı qərarların qəbul ediləcəyini heç kim əvvəlcədən söyləyə bilməz: “UEFA-ya müraciətdən sonra məhkəmə tələbimiz yerinə yetirildi. Bu, adi qəbul olunmamalıdır. Əgər məhkəmə tələbi qəbul olunubsa, deməli məktub Avropa futbol qurumunu maraqlandırıb. Özünüz başa düşürsünüz ki, UEFA çox ciddi qurumdur. Hər bir məsələyə baxılmır. Onların Avroliqayla bağlı işləri çoxdur. Amma məhkəmə tələbimizin yerinə yetirilməsi düzgün yolda olduğumuzu göstərir”.
Vəkilin sözlərinə görə, şikayətin hansı formada təmin ediləcəyini indi söyləmək çox çətindir: “Sözsüz ki, biz qolun hesaba alınmasını istəmişik. Digər tərəfdən matçın hakimi oyunu tez başa vurub. Azərbaycanda olan narahatlığı anlayıram. Biz çalışırıq ədalət yerini tutsun. UEFA bütün işlərə ciddi yanaşır. Bu işdə uğur qazanacağımıza ümidimiz var. Lakin fevralın 5-ni gözləməkdan başqa əlacımız yoxdur”.
Ötən gün Avropa Liqasının püşkü atılıb. Artıq məlumdur ki, 1/16 final mərhələsində “Dnepr”in rəqibi Yunanıstanın “Olimpiakos” klubu olacaq. Bu halda UEFA “Qarabağ”ın pley-offda iştirakını bərpa edə bilərmi? Gunalın cavabı belə olub: “Bildiyiniz kimi, turnirdə növbəti matçlar fevralın 19-da olacaq. Məhkəmə isə fevralın 5-nə təyin edilib. Yəni arada iki həftə vaxt var. Burada əsasnaməyə əsasən oyunun yenidən keçirilməsi müzakirə obyekti ola bilər. Hakim səhvini etiraf edəcəyi halda, onların hansı qərarı qəbul edəcəkləri məlum deyil. Qolun sayılması çox şeyə təsir edə bilər. Buna görə fevralın 5-ni gözləmək məsləhətdir”.