- Baxış sayı: 41
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “İnter” matçında hakim səhvləriylə bağlı apelyasiya məktubu bu gün UEFA rəsmilərinə təqdim olunacaq. Allsport.az xəbər verir ki, bu barədə azerisport.az saytına məlumatı türkiyəli vəkil Gürur Gunal verib.
Onun sözlərinə görə Avropa Futbol Qurumundan məsələyə yaxın günlərdə baxılması tələb olunacaq: “Əvvəlki məktubumuz oyunda vaxtla bağlı problemin olmadığı deyilərək rədd edildi. UEFA görüşün erkən başa çatmasını qəbul etmədi. Bu dəfə biz yeni görüntülər təqdim etmişik. Orada oyunun əsas vaxtına artırılan dəqiqələrin oynanılmadığı görünür. Hakim matçı 48 saniyə tez başa vurur. Əsas istəyimiz hakimin cəzalanması və matçın yenidən keçirilməsidir. Bu səbəbdən Avropa Futbol Qurumundan apelyasiya şikayətimizə fevralın 19-na qədər baxılmasını tələb edəcəyəm. Yəni “Dnepr”in pley-offdakı görüşünə qədər. Şans hər zaman var. Əgər iddiamız qəbul edilsə, konkret qərarlar qəbul ediləcək. Sona qədər mübarizəni davam etdirəcəyik”.