- Baxış sayı: 47
- 26 Mart 2026 12:23
- Baxış sayı: 166
- Mart 26, 2026
- 0

Qadın həndbolçulardan ibarət “Qarabağ” klubu qış transfer pəncərəsində güclənib. Çingiz Əzimovun komandası “Azəryol”dan Militsa Qrbavçeviçi heyətə qatıb. Monteneqrolu legionçu allsport.az saytına açıqlamasında keçidi ilə bağlı bunu deyib:
“Baş məşqçi və qızlar məni isti qarşıladılar. Bundan çox məmnunam. Mənə indi özümü göstərmək və oyunumla komandaya kömək etmək vacibdir. Qarşıdakı görüşlərə yaxşı köklənmişik. Liderlərə ciddi müqavimət göstərəcəyimizə inanıram”.