- Baxış sayı: 18
- 23 Mart 2026 10:15
- Baxış sayı: 292
- Mart 22, 2026
- 0

İtaliyanın “Fiorentina” klubu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la oyun öncəsi ciddi itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, “bənövşəyilər”in aparıcı müdafiəçisi Davide Astori sıradan çıxıb.
O, “A Seriya”sının 4-cü turunda “Roma” ilə ev oyununda zədələnib. Böyük ehtimalla, arxa xətt oyunçusu komandasının “Udineze”, “Milan”, eləcə də “Qarabağ”la görüşlərdə meydana çıxmayacaq.
Qeyd edək ki, “Fiorentina” – “Qarabağ” oyunu sentyabrın 29-da keçiriləcək.