- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klubların püşkatma öncəsi səbət bölgüsü müəyyənləşib. Allsport.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə qazanan iştirakçılar arasında Azərbaycanı təmsil edən “Qarabağ”la “Qəbələ” də var.
Həm Qəbələ, həm də Ağdam klubu UEFA reytinqinə əsasən, ən zəiflərin yer aldığı 4-cü səbətdə qərarlaşıb. Bu isə püşkatma zamanı təmsilçilərimizin daha güclü klubların yer aldığı 1, 2 və 3-cü səbətlərdəki komandalara rəqib olacağından xəbər verir.
Qeyd edək ki, 48 klub hərəsində 4 komanda olmaq şərtilə 12 qrupa bölünəcək. Hər səbətdən hər qrupda bir komanda yer alacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət
“Şalke” (Almaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Bazel” (İsveçrə)
“Napoli” (İtaliya)
“Tottenhem” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Vilyarreal” (İspaniya)
“Rubin” (Rusiya)
“Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya)
“Olimpik” (Marsel, Fransa)
“Dnepr” (Ukrayna)
2-ci səbət
“Braqa” (Portuqaliya)
“Fiorentina” (İtaliya)
“Latsio” (İtaliya)
“Anderlext” (Belçika)
“Liverpul” (İngiltərə)
“Alkmaar” (Hollandiya)
“Viktoriya” (Çexiya)
“Brügge” (Belçika)
PAOK (Yunanıstan)
“Seltik” (Şotlandiya)
“Beşiktaş” (Türkiyə)
APOEL (Kipr)
3-cü səbət
“Monako” (Fransa)
“Sparta” (Çexiya)
“Fənərbağça” (Türkiyə)
“Legiya” (Polşa)
“Bordo” (Fransa)
“Lokomotiv” (Rusiya)
“Lex” (Polşa)
“Sent Etyen” (Fransa)
“Slovan” (Çexiya)
“Auqsburq” (Almaniya)
“Rapid” (Avstriya)
“Krasnodar” (Rusiya)
4-cü səbət
“Partizan” (Serbiya)
“Asteras” (Yunanıstan)
“Rosenborq” (Norveç)
“Belenenseş” (Portuqaliya)
“Qarabağ” (Azərbaycan)
“Molde” (Norveç)
“Dinamo” (Minsk, Belarus)
“Qroningen” (Hollandiya)
“Sion” (İsveçrə)
“Midtyulland” (Danimarka)
“Skenderbeu” (Albaniya)
“Qəbələ” (Azərbaycan)
Avroliqanın qrup mərhələsinin püşkatma mərasimi bu gün Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.