“Qarabağ”la “Qəbələ” üçün tarixi şans

UEFA Avropa Liqası turnirindəki təmilçilərimiz “Qarabağ” və “Qəbələ” bu gün pley-off mərhələsinin cavab oyununu keçirəcəklər. Azerisport.az xəbər verir ki, Ağdam klubu səfərdə keçirdiyi ilk oyunda 1:0 hesabıyla məğlub etdiyi İsveçrənin “Yanq Boyz” klubunu doğma meydanda da yenərək, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağa çalışacaq.

“Qəbələ” isə səfərdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyunda qolsuz heç-heçə qeydə alındığından, bölgə təmsilçisi səfərdə ən azı qollu heç-heçəyə imza atmalıdır ki, tairixində ilk dəfə qruo mərhələsinə vəsiqə qazansın:

Avropa Liqası
Pley-off mərhələsi (cavab oyunları)
27 avqust

“Qarabağ” – “Yanq Boys” (İsveçrə) – ilk oyun 1:0
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:00
Baş hakim: Gediminas Mazeika
Baş hakimin köməkçiləri: Vytautas Simkus, Vytenis Kazlauskas
Dördüncü hakim: Sergejus Slyva
(Hakimlər briqadası Litvadandır)
UEFA nümayəndəsi: Styrbjörn Oskarsson (Finlandiya)
Hakim-inspektor: Miroslav Vitkovic (Xorvatiya)

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” – ilk oyun 0:0
Afina. Apostolos Nikolaidis stadionu. Saat 23:00
Baş hakim: İvan Kruzliak
Baş hakimin köməkçiləri: Tomas Somolani, Tomas Mokos
Dördüncü hakim: Peter Kralovic
(Hakimlər briqadası Slovakiyadandır)
UEFA nümayəndəsi: Wolfgang Thierrichter (Avstriya)
Hakim-inspektor: Manuel Mejuto Gonzalez (İspaniya)

Həmin kateqoriyadan