- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, qrup mərhələsinə vəsiqə qazanan iştirakçılar arasında Azərbaycanın “Qarabağ” və “Qəbələ” klubları da var.
Həm Qəbələ, həm də Ağdam klubu UEFA reytinqinə əsasən, ən zəiflərin yer aldığı 4-cü səbətdə qərarlaşmışdı. Bu isə püşkatma zamanı təmsilçilərimizin daha güclü klubların yer aldığı 1, 2 və 3-cü səbətlərdəki komandalara rəqib olacağından xəbər verirdi.
Səbətlərin tərkibi aşağıdakı kimi idi:
1-ci səbət: “Şalke” (Almaniya), “Borussiya” (Dortmund, Almaniya), “Bazel” (İsveçrə), “Napoli” (İtaliya), “Tottenhem” (İngiltərə), “Ayaks” (Hollandiya), “Vilyarreal” (İspaniya), “Rubin” (Rusiya), “Atletik” (İspaniya), “Sportinq” (Portuqaliya), “Olimpik” (Marsel, Fransa), “Dnepr” (Ukrayna).
2-ci səbət: “Braqa” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Latsio” (İtaliya), “Anderlext” (Belçika), “Liverpul” (İngiltərə), “Alkmaar” (Hollandiya), “Viktoriya” (Çexiya), “Brügge” (Belçika), PAOK (Yunanıstan), “Seltik” (Şotlandiya), “Beşiktaş” (Türkiyə), APOEL (Kipr).
3-cü səbət: “Monako” (Fransa), “Sparta” (Çexiya), “Fənərbağça” (Türkiyə), “Legiya” (Polşa), “Bordo” (Fransa), “Lokomotiv” (Rusiya), “Lex” (Polşa), “Sent Etyen” (Fransa), “Slovan” (Çexiya), “Auqsburq” (Almaniya), “Rapid” (Avstriya), “Krasnodar” (Rusiya).
4-cü səbət: “Partizan” (Serbiya), “Asteras” (Yunanıstan), “Rosenborq” (Norveç), “Belenenseş” (Portuqaliya), “Qarabağ” (Azərbaycan), “Molde” (Norveç), “Dinamo” (Minsk, Belarus), “Qroningen” (Hollandiya), “Sion” (İsveçrə), “Midtyulland” (Danimarka), “Skenderbeu” (Albaniya), “Qəbələ” (Azərbaycan).
Püşkatma nəticəsində 48 klub hərəsində 4 komanda olmaq şərtilə 12 qrupa bölünüb. Hər səbətdən hər qrupda bir komanda yer alıb.
“Qarabağ” J qrupunda “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika) və “Monako” (Fransa) ilə mübarizə aparmalı olacaq.
“Qəbələ” isə C qrupunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşacaq.
Bütün qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Molde” (Norveç).
B qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Sion” (İsveçrə).
C qrupu: “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “Qəbələ” (Azərbaycan).
D qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka).
E qrupu: “Vilyarreal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Minsk, Belarus).
F qrupu: “Olimpik” (Marsel, Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroningen” (Hollandiya).
G qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent Etyen” (Fransa), “Rosenborq” (Norveç).
H qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya).
I qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya).
J qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “Qarabağ” (Azərbaycan).
K qrupu: “Şalke” (Almaniya), APOEL (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan).
L qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya).