- Baxış sayı: 62
- 18 Mart 2026 20:11
- Baxış sayı: 236
- Mart 19, 2026
- 0

Türkiyə millisi Tokio-2020-də ilk qızıl medalını qazanıb. Allsport.az saytı xəbər verir ki, Mete Qazoz kamandan oxatmada bütün rəqiblərinə qalib gəlib.
Bu, qardaş ölkənin adı çəkilən idman növündə ilk olimpiya medalıdır. “Ay-ulduzlular” tarixi nailiyyətə qədər 6 idman növündə medal qazanıb: güləş, ağırlıqqaldırma, cüdo, taekvondo, boks və atletika.
Hələlik Türkiyə olimpiyaçıları Yaponiya paytaxtında 2 bürüncə yetişib.