Qardaş ölkədə futbol gələn ay bərpa olunacaq

Türkiyədə 7,7 bal gücündə zəlzələdən irəli gələn dayanmalar mərhələli şəkildə öz axarına qayıdır.

Allsport.az saytı xəbər verir ki, futbol liqalarında oyunların yeni tarixi bilinib. Türkiyə futbol federasiyasının prezidenti Məhməd Böyükəkşi açıqlamasına görə, superliqa, 1-ci liqa və digər çempionatlar martın 3-4-də bərpa olunacaq.

Qardaş ölkədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 17 674 nəfər həlak olub, 72 879 nəfər yaralanıb. Faciə rəqəminin yenə artacağı ehtimal edilir.

Həmin kateqoriyadan