“Qarışıq hisslər keçirirəm”

“Brügge”nin baş məşqçisi İvan Leko çempionlar liqasının cavab pley-off oyununda “Atletiko Madrid”ə məğlubiyyəti (1:4) şərh edib.

Allsport.az xəbər verir ki, mütəxəssis komandasının ilk hissədəki oyunundan razı qalsa da, yekun nəticəyə görə məyusluğunu gizlətməyib: “Qarışıq hisslər keçirirəm. Layiqli mübarizə aparmaq istəyirdik və 45 dəqiqə ərzində buna nail olduq. Həmin vaxt kəsiyində göstərdiyimiz oyuna görə komandadamla fəxr edirəm. Lakin ikinci hissədə rəqibin işini asanlaşdırdıq və onlar əks-hücumlardan yararlandılar. “Atletiko”nu təbrik edirəm. Ümid edirəm ki, gələn il yenidən bu turnirə qayıda biləcəyik”.

Komandalar arasındakı ilk görüş 3:3 hesabı ilə başa çatmışdı. İki oyunun nəticəsinə görə mərhələ adlayan Madrid klubu 1/8 finalda “Liverpul” və ya “Tottenhem”lə qarşılaşacaq.

Həmin kateqoriyadan