Qazaxıstan və Serbiya cüdoçularının təlim-məşq toplanışı

Azərbaycan сüdo federasiyası tərəfindən Qazaxıstan və Serbiyadan olan idmançıların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı təşkil olunub.

Allsport.az xəbər verir ki, hazırlıq prosesində kişilərdən və qadınlardan ibarət milli yığma komandalarımız da iştirak edib. Milli yığma komandanın baş məşqçisi Riçard Trautman bildirib ki, bir çox ölkələrdən məşqlərə qatılmaq üçün müraciətlər gəlir:

“Bu, həm bizim, həm də iştirakçı ölkələr üçün yaxşı bir imkandır, çünki başqa ölkələrə getmədən müxtəlif texnikaları məşq etmək şansı əldə edirik. Mövsümün əvvəlində belə məşqlər xüsusilə faydalıdır, çünki yeni texnikalar öyrənmək və təcrübə qazanmaq imkanı yaradır. Bu həftə Serbiya və Qazaxıstan komandalarını qəbul etdik və hər iki tərəf üçün faydalı məşq prosesi həyata keçirdik.”

Həmin kateqoriyadan