2 qılıncoynadanımız 3-cü oldu

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam həmrəyliyi oyunlarında qılıncoynatma üzrə yarışlara start verilib.

Allsport.az xəbər verir ki, ilk yarış günündə sablyada qadınların və şpaqada kişilərin şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Adı ilk çəkilən növdə Polina Kaspiaroviç, şpaqada Vahab Fətullayev bürünc medal qazanıblar.

Qrup mərhələsini dörd qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Cəvahirbəy Nurmədova 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsini dörd qələbə ilə bitirən Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında 1/4 finalda Türkiyə təmsilçisinə qalib gəlib. Palina gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə Özbəkistan sablyaçısı Gülüstan Pərdəbayevaya 12:15 hesabı ilə uduzub.

Həmin kateqoriyadan