“Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam”


Azərbaycan basketbol liqasının IX turunun “NTD” – “Sabah” (68:94) oyunundan sonra “bayquşlar”ın baş məşqçisi Rimas Kurtinaytis mətbuat konfransında iştirak edib.

Allsport.az xəbər verir ki, latviyalı çalışdırıcı komandasının inkişaf etdiyini deyib:

“Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam. Komandada inkişaf hiss olunur. Oyunlar oldu ki, 4-5 zədəli basketbolçusuz mübarizə apardıq. Amma buna baxmayaraq “Neftçi” ilə oyunu çıxmaq şərtilə digər qarşılaşmaları qalib başa vurmağı bacardıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə ilə təbrik edirəm! Qələbə seriyamızı yeni ildə də davam etdirəcəyimizə inanıram”.

Həmin kateqoriyadan