- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Allsport.az xəbər verir ki, qitə birinciliyinin son üç günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Millimiz mayın 18-də Skopyeyə yollanıb. Yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcəklər.
Mayın 20-də güləşin bu növü üzrə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalça üzərinə çıxacaqlar. Ertəsi gün 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yarışan pəhləvanlar mübarizəyə qoşulacaqlar.