Qızıl Avropa l iqasının hakimləri

Kişi voleybolçular arasında qızıl Avropa liqasının I mərhələsinin Bakıda keçiriləcək oyunlarının hakimləri bəlli olub.

Allsport.a xəbər verir ki, GİN-nin voleybol mərkəzində keçiriləcək matçlara üç hakim təyinat alıb.

Millimizin Rumıniya ilə görüşündə Stanislava Simiç (Serbiya) və Aqnieşka Miçliç (Polşa) ədaləti qoruyacaq. Ukrayna ilə qarşılaşmada isə polşalı referi ilə təmsilçimiz Eldar Zülfüqarov iş başında olacaq.

Qızıl Avropa liqası (kişilər)
I mərhələ
17 may
18:00. Rumıniya – Azərbaycan
Hakimlər:
 Stanislava Simiç (Serbiya), Aqnieşka Miçliç (Polşa)
GİN-nin voleybol mərkəzi

18 may
18:00. Ukrayna – Rumıniya
Hakimlər:
 Eldar Zülfüqarov (Azərbaycan), Stanislava Simiç (Serbiya)
GİN-nin voleybol mərkəzi

19 may
18:00. Azərbaycan – Ukrayna
Hakimlər: 
Aqnieşka Miçliç (Polşa), Eldar Zülfüqarov (Azərbaycan)
GİN-nin voleybol mərkəzi

Həmin kateqoriyadan