“Qızıl Top”u yenə Ronaldu qazandı

FİFA tərəfindən dünyada ilin ən yaxşı futbolçusuna verilən “Qızıl Top” mükafatının qalibi bəlli olub. Allsport.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə Madrid “Real”ı və Portuqaliya millisinin hücumçusu Kriştianu növbəti dəfə dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.

Daha əvvəl “Qızıl Top”u iki dəfə qazanmış 29 yaşlı hücumçu bu dəfəki mübarizədə Lionel Messi və Manuel Noyeri qabaqlayıb.

FİFA üzvü olan 182 ölkənin milli komandalarının baş məşqçiləri, kapitanları və bu ölkələrdən olan jurnalistlərin verdiyi səslərə əsasən, 2014-cü ildə planetin ən yaxşı futbolçusu müəyyənləşib. Qeyd edək ki, əvvəlcə 23 nəfərdən ibarət olan namizədlər siyahısı daha sonra 3 nəfərə endirildi ki, bu “üçlük”də də məhz Kriştianu Ronaldu, Lionel Messi və Manuel Noyer yer almağı bacardı.

Namizədlərdən 29 yaşlı Ronaldu “Qızıl Top”u iki dəfə – 2008 və 2013-cü illərdə qazanmışdı. 27 yaşı olan argentinalı forvard Messi isə 4 dəfə – 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən yaxşısı seçilmişdi. Noyerin isə analoji uğuru yox idi. Hətta o, karyerasında ilk dəfə mükafata namizədlər arasına düşmüşdü.

Həmin kateqoriyadan