“Qızlar əllərindən gələni etdilər”

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan komandasının baş məşqçisi Həbib Ağayev açıqlama verib.

Allsport.az xəbər verir ki, o, Avropa çempionatının II seçmə mərhələsi çərçivəsində Albaniyada keçirdikləri oyunlarla bağlı fikrini bildirib:

“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar. Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”.

U-19 milli “B” liqasının IV qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmaları ilə mübarizə aparıb.

Həmin kateqoriyadan

azenrutr