- Baxış sayı: 30
- 08 Aprel 2025 21:11
- Baxış sayı: 72
- Aprel 04, 2025
- 0
Çimərlik voleybolu üzrə komandalarımız İstanbulda açıq çempionatında iştirak edirlər. Allsport.az saytı xəbər verir ki, 3 qadın (Çinarə Quliyeva/Larisa Smeltsova, Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Lizi Latsabidze/Səbinə Əlizadə) və 2 kişi komandamız (Vadim Kutukov/Heydər Məmmədli, Akşin Ağazadə/Fərda Dünyayev) mübarizə aparırlar.
Təmsilçilərimiz yarışda ilk görüşlərini keçiriblər. Günün ən maraqlı və yaddaqalan oyunlarından biri Türkiyə çempionu, Avropa çempionatlarının iştirakçıları Mucə Ocaqçı/Xədicə Tombul və Çinarə Quliyeva/Larisa Smeltsova arasında olub. Gərgin keçən oyunda qızlarımız əzmkar qələbə qazanıblar – 2:1 (9:21, 21:19, 15:12).