Qol güləşi üzrə DÇ-də daha 12 medal

Ölkəmizdə ilk dəfə keçirilən qol güləşi üzrə dünya çempionatının 3-cü günündə Azərbaycan idmançıları növbəti dəfə fərqləndilər. Allsport.az saytı xəbər verir ki, paytaxtın “Coli Coker” tədbirlər zalında gərgin rəqabətdə sağ qol dərəcəsində millimiz 4 qızıl, 5 gümüs və 3 bürünc medal qazandı.

Elvin Salehli, Əli Məmmədov və Ramazan Rüstəmov fəxri kürsünün zirvəsinə çıxdılar. Əli Abbasov, Nemət Vəkilov, Vadim Əkbərov, Əli Quluzadə gümüş medala yiyələndilər. Pərvin Həsənov, İsmayıl Mustafayev və Kamran Atayev 3-cü yer tutdular.

Fiziki məhdudiyyətlilərin rəqabətində Xəyal Qasımzadə qızıl, Rasim İsmayılov gümüş medala sahib çıxdılar.

Həmin kateqoriyadan