- Baxış sayı: 45
- 07 Noyabr 2024 15:43
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Velosiped idmanının şose növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar milli üzvləri üçün növbəti reytinq xalları ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçılarımız bu sınaqlarda 33 xal qazanıblar.
Appenində qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci “Giro d’Italia Internazionale Femminile” 10 mərhələli dünya turu yarışında Qazaxıstanın “Astana” klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. Birinci mərhələdə komanda ötüşməsində 7-ci olan Y.Pavluxinanın qazancı 10 xal olub. On mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.
Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük “Minsk Cup” yarışında isə ölkəmizin elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib. O 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.
Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.