- Baxış sayı: 7
- 25 Noyabr 2024 15:46
- Baxış sayı: 25
- Noyabr 25, 2024
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “İnter”lə qarşılaşmadakı penalti ilə bağlı məlum qərarına münasibət bildirib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı bunları söyləyib:
“Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. “Qarabağ” kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydanda görək”.