- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, “Qəbələ” Bakıda, “Bakcell Arena”da Kiprin “Apollon” klubu ilə cavab matçına çıxacaq. Saat 21:00-da başlayacaq görüşü Duarte Nunu Pereyra Qomeşin başçılıq etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək.
42 yaşlı Duarte Qomeş 2002-ci ildən FİFA hakimidir. O, azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. Portuqaliyalı hakim 2013/14 mövsümündə Avroliqanın pley-off mərhələsində “Ayntraxt” – “Qarabağ” görüşünü (2:1) idarə edib.
Qomeş Azərbaycanın U-19 millisinin 2 oyununda da baş hakim olub. 2006-cı ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycanın Ermənistana qalib gəldiyi (2:1) və futbolçularımızın kiprli yaşıdları ilə heç-heçə (1:1) oynadığı matçları da o idarə etmişdi. Yeri gəlmişkən, kapitanımız Cavid Hüseynov həmin matçlarda oynayıb.
Cavab oyunu ərəfəsində cəzalı futbolçu baxımından “Qəbələ”nin problemi olmasa da, komanda oyuna itki ilə çıxacaq. Rumıniyalı yarımmüdafiəçi Georgi Floresku zədə üzündən cavab matçını da buraxmalı olacaq.
Baş məşqçi Roman Qriqorçuk matçla bağlı fikirlərini “Qəbələ İK” ilə bölüşüb: “Dəqiq bilirik ki, cavab oyunu çox çətin olacaq. Çünki güclü rəqiblə üz-üzə gələcəyik. “Apollon”un heyətində sürətli futbolçular çoxdur. Bu, həmişə təhlükəlidir. Səfər oyununda qeydə alınan hesab (1:1) hələ heç nə demək deyil. Rəqibin oyununu, gücünü görəndən sonra ilk matçdakı nəticə, ümumiyyətlə, arxa plana keçir və bu barədə əsla düşünməməliyik. Rəqib meydanında qollu heç-heçə etməyimiz, nəticə olaraq, əlbəttə, yaxşıdır. Ancaq cavab oyununda hər şey sıfırdan başlayacaq. Bizə lazım olan nəticəni qazanmağa köklənmişik. Məqsədimiz növbəti mərhələyə keçməkdir və bunun üçün əlimizdən gələni edəcəyik”.