- Baxış sayı: 34
- 20 Sentyabr 2024 23:56
- Baxış sayı: 40
- Sentyabr 20, 2024
- 0
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Qəbələ”nin daha bir sınaqçı rəqibi müəyyənləşib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışının ikinci mərhələsində ilk yoxlama oyununu Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.
Krasnodar təmsilçisi ilə oyun yanvarın 23-də baş tutacaq. Bu matç rusiyalıların məşq keçdiyi “Bellis” idman kompleksinin stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 13:00-da başlayacaq.
Rusiya Premyer Liqasında çıxış edən “Kuban” 1928-ci ildə yaradılıb. Ötən mövsüm çempionatı 8-ci yerdə başa vuran Krasnodar təmsilçisi cari çempionatda da qış fasiləsinə 8-ci pillədə yollanıb.
Qeyd edək ki, ilk yoxlama oyununda Hollandiyanın PSV klubunun ikinci komandası ilə 0:0 hesablı heç-heçə edən “qırmızı-qaralar” bu gün Türkiyə “Əskişəhərspor”u ilə üz-üzə gələcək. “Kuban”la matçadək baş tutacaq digər iki oyun isə yanvarın 17-də keçiriləcək.