Qriqorçuk: “Nəticədən də, oyundan da narazıyam”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Nəticədən, oyundan narazıyam. Məğlub olduq. Məğlubiyyət bizim üçün bir materialdır. Mənim istədiyim bir plan, stil var. Bura intensiv hərəkətlər daxildir. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməlidir. Vaxta ehtiyacımız var”.

Həmin kateqoriyadan