- Baxış sayı: 47
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sözsüz, mən nəticədən razı deyiləm. Biz bu gün hər iki hissəni üstün oynadıq. Rəqib qapısı qarşısında ən azından 3 real qol vəziyyəti yaratdıq. Düşünürəm ki, bu gün qələbə qazanmalı idik. Lazımi qədər yaxşı oynadıq. Səhvlərimizi təhlil edib, növbəti oyunlara hazırlaşacağıq”.