Qriqorçuklu “Qəbələ”nin Türkiyədəki uğurlu günü

Xəbər verdiyimiz kimi, Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində iki oyun keçirib. Allsport.az xəbər verir ki, ilk matçda komanda Türkiyə 1-ci Liqasında mübarizə aparan “Adanaspor”la qarşılaşıb.

“Qəbələ” “Adanaspor” önünə aşağıdakı heyətlə çıxıb: 1. Kamran Ağayev (55. Cavidan Hüseynzadə), 13. Murad Musayev, 3. Şirməhəmməd Məmmədov, 8. Markinyos, 23. Emin Zamanov, 87. Bəhlul Mustafazadə, 17. Qismət Alıyev (31. Ramazan Həsənov), 90. Ekiqo Ehiosun, 99. Tellur Mütəllimov, 24. Elnur Mustafazadə (77. Ehtiram Şahverdiyev), 12. Aleksandru Benqa.

“Qəbələ” – “Adanaspor” – 3:2
Qollar: B.Mustafazadə, 35 . Markinyos, 65-pen . E.Ehiosun, 83 – Cem, 26. Hakan, 72.

Oyun komandaların bərazbər mübarizəsi şəraitində keçib. İlk hissədə Adana təmsilçisinin heyətində Cem, “Qəbələ”də isə Bəhlul Mustafazadə fərqlənib. İkinci hissəyə “Qəbələ” daha yaxşı başlayıb. Rəqibi təzyiq altında saxlayan “qırmızı-qaralar” 65-ci dəqiqədə penalti qolu ilə irəli çıxıblar. Markinyos qapıçıya şans verməyib. 72-ci dəqiqədə rəqib penalti qolu ilə status-kvonu bərpa edib – 2:2. “Qəbələ”nin qələbə qolu Ekiqonun aktivinə yazılıb. Tellur Mütəllimovdan gözəl ötürmə alan afrikalı futbolçu komandasının qalibiyyətini təmin edib. Beləliklə, “Qəbələ” günün ilk matçını qələbə ilə yekunlaşdırıb.

“Qəbələ” ikinci yoxlama oyununda Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb. Roman Qriqorçukun komandası matçda aşağıdakı heyətlə mübarizə aparıb:

30. Anar Nəzirov (22. Dmitri Bezotosnı), 34. Ürfan Abbasov, 44. Rafael Santos (5. Sadiq Quliyev), 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 4. Elvin Camalov (25. Adrian Ropotan), 19. Aleksey Qay, 6. Rəşad Sadiqov, 14. Cavid Hüseynov, 27. Bəxtiyar Soltanov, 18. Ruslan Fomin (9. Viktor Mendi).

“Qəbələ” – “Vorskla” – 2:1
Qol: R.Fomin, 47 . C.Hüseynov, 86 – Siçkaruk, 40.

İlk hissə əsasən tərəflərin diqqətli oyunu ilə yadda qalıb. 40-cı dəqiqədə Ukrayna təmsilçisi hesabı açmağa müvəffəq olub. Siçkaruk fəqrlənib. İkinci yarıda diqtə edən tərəf “Qəbələ” olub. Hissəyə təzyiqlə başlayan “qırmızı-qaralar” 47-ci dəqiqədə bərabərlik qolunu vurublar. Ruslan Fomin “Qəbələ” forması ilə ilk qoluna imza atıb. Hücumlarını səngitməyən “Qəbələ” ard-arda bir neçə əlverişli epizod yaxalasa da, yalnız 86-cı dəqiqədə hesabı artırmağı bacarıb. Cavid Hüseynov ukraynalıları meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub və “Qəbələ” günün ikinci oyunundan da qələbə ilə ayrılıb.

Həmin kateqoriyadan