- Baxış sayı: 28
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann karyerasını başqa ölkədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, 34 yaşlı fransalı ilə üç fərqli liqadan olan klublar maraqlanır.
Antuanı heyətinə qatmaq istəyən komandalar arasında Səudiyyə Ərəbistanının “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vəhdə” və ABŞ-nin “Şarlott” klubları yer alır.
Qrizmannın Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.