- Baxış sayı: 81
- 17 Mart 2026 19:27
- Baxış sayı: 39
- Mart 26, 2026
- 0
Aprelin 27-də 2024-cü ilin “idman paytaxtı” Quba şəhərində idmançılar və məşqçilər üçün “idman tibbi” mövzusunda seminar təşkil olunub.
Allsport.az xəbər verir ki, milli idman tibb və reabilitasiya elmi-praktiki institutunun, Bakı şəhər tibbi bədən tərbiyəsi dispanserinin və Sumqayıt şəhər tibbi bədən tərbiyəsi dispanserinin həkimlərinin iştirakı ilə keçirilən seminara 60-dək idmançı və məşqçi cəlb olunub.
Quba olimpiya idman kompleksində baş tutan təlim idmançı və məşqçilərin bilik, bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.