- Baxış sayı: 34
- 24 Noyabr 2024 22:41
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Havanın isti olmasına baxmayaraq, futbolçular sona qədər çalışdılar. Çünki qələbə qazanmaq vacib idi. Cari çempionat asan keçməyəcək. Rəqib “Rəvan” barədə xoş sözlər deməliyəm. Az vaxtda yaxşı kollektiv kimi formalaşan “Rəvan” bizə problem yaratdı. Komandanın baş məşqçisi Emin Quliyevə uğurlar arzulayıram. Düşünürəm ki, “Rəvan” çətin komandadır. Fürsətdən istifadə edib, azarkeşlərə oyuna gəldikləri üçün təşəkkür edirəm.
Hazırda hücumçu və müdafiəçi axtarırıq. Son vaxtlarda transfer etmək bir qədər çətin olub. Əgər futbolçu tapa bilsək, ayın 31-dək transfer etmək niyyətindəyik”.