- Baxış sayı: 11
- 25 Noyabr 2024 14:15
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər birinizi salamlayıram. Yeni stadionumuzda sizi gördüyüm üçün şadam. Yeni stadionumuzda ilk oyunumuz idi. Ola bilər ki bir qədər həyəcanlı görünürdük. “Neftçi”yə təşəkkür edirəm. Onlara təbrik düşür. Öz oyunumuza gəldikdə, ehtimal ki, bəzi oyunçularımız matça tam hazır deyildilər. Bunun fonunda nəticədən razıyam. Biz Gəncədə şahid olduq ki, çempionatda asan oyun yoxdur. Odur ki, matçlarda qazanılan hər bir xalın qədrini bilməliyik. Düşünürəm ki, “Anderlext”lə oyuna hazırlaşmaq üçün vaxtımız var. Şehiçin səhvinə normal yanaşmaq, onun üstünə çox getmək lazım deyil. Çünki dünyanın 1 nömrəli qapıçıları da belə səhvlər edirlər. Bəzən olur ki, hücumçu 1 metrdən qol vura bilmir, bəzən də qapıçı belə asan qollar buraxır. Məncə, Şehiç öz üzərində çalışan qapıçıdır. Gələcək oyunlarda daha diqqətli davranacağına ümidvaram. Hər bir ölkədə limitlə bağlı dəyişiklik var. Hər uğursuz oyundan sonra legionerlərin azlığını qabartmaq olmaz. Mən əlimdə olan hər bir oyunçuya güvənirəm. Bəli, bəzən limitə görə orta sahədə tam istədiyim dəyişikliyi edə bilmirəm. Sadəcə, onu deyim ki, hazır olan futbolçunu meydana buraxıram”.