- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsinin ikinci turunda evdə Belçika “Anderlext”ini qəbul edəcək. Allsport.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov oyundan öncə keçirdiyi mətbuat konfransında jurnalistlərin qarşıdakı oyunla bağlı suallarını cavablandırıb.
– Çoxdandır azarkeşlərimiz önündə belə oyun keçirmək istəyirdik. Çox sürətli komandaya qarşı oynayacağıq. “Anderlext”də həmişə ustalıq səviyyəsi yüksək olan futbolçular olur. Buna görə də bu komandadan digər klublara səviyyəli futbolçular transfer olunur. Çox diqqətli olmalıyıq. Bizə gəldikdə isə futbolçularımızın hər biri məsuliyyəti dərk edir. Bilirik ki, sürətli olmasaq, bu komanda ilə başabaş mübarizə apara bilmərik. Məncə, sabah çox maraqlı oyunun şahidi olacaqsınız.
– Çumbinyonun meydana çıxmaq ehtimalı varmı?
– Onun adını bu matçın “18-liy”ə salmayacağıq. Amma növbəti oyunlarda ondan da istifadə edəcəyik.
– Avrokuboklarda yubiley – 50-ci oyununuza çıxacaqsınız. Buna görə futbolçulara əlavə motivasiya vermisiniz?
– Oyun sayının önəmi yoxdur. Biz bütün görüşlərdə, əsasən də Bakıda yaxşı nəticə əldə etmək istəyirik. İnanıram ki, futbolçularım istəkli oynayıb, əllərindən gələni edəcəklər. Bizə psixoloji hazırlıq da çox lazım olacaq. İstərdim ki, oyunu qələbə ilə başa vuraq. Amma rəqibin də gücünü dəyərləndirməliyik.
– Son günlər mətbuatda “Qarabağ”ın futbolçuları arasında gərginlik olması ilə bağlı yazılar gedir. Belə bir hal olubmu?
– Bu yazıların harda getdiyini bilmirəm. Amma belə bir şey yoxdur. Bizim oyunlara hər biriniz gəlirsiniz. Yəqin ki, belə bir halla rastlaşmamısınız.
– “Qarabağ”ın futbolçuları qol vurduqdan sonra psixoloji cəhətdən yaxşı durumda olmurlar. Ya özlərinə inanmırlar, ya da arxayınlaşırlar. Sizcə, komandanıza psixoloq lazımdırmı?
– Mənə dəfələrlə belə sual veriblər. Ola bilsin ki, hər hasnı bir idman növündə psixoloq lazım olsun. Ancaq mənim komandama psixoloq lazım deyil. Özüm onlarla lazımi qaydada danışıram. Nəticəyə gəldikdə isə buna normal baxıram. Biz “Tottenhem”lə oyunda bir qol vurduqdan sonra üçünü buraxdıq, “Mançester Siti” isə dördünü. Bunlar furbolda normal haldır. Sabahkı oyunda da heç bir psixoloji gərginlik olmayacaq. Futbolçularıma inanıram.
– “Qarabağ”ın heyətində iki hücumçu görə bilərik?
– Bizdə nadir hallarda iki hücumçu olur. Ancaq bəzən 3-4 hücumameyilli futbolçu ilə oynayırıq. Ola bilər ki, hücumda altı hücumameyilli futbolçu ilə çıxış etdik. Dəfələrlə bildirmişəm ki, hücum edə-edə müdafiə olunmalıyıq. Rəqibə hücum qurmağa imkan verməməliyik.
– Rəqibin hansısa futbolçusundan çəkinirsiniz?
– Biz kollektiv oyuna üstünlük verəcəyik. Qeyd etdiyim kimi, rəqibin elə oyunçuları var ki, bir anda oyunun taleyini həll edə bilər. Ancaq çalışacağıq ki, kollektiv şəkildə uğur qazanaq.
– Bir xal qazansanız, bu, sizi qane edəcək?
– Bunu oyundan sonra desəm, daha yaxşsı olar. Çünki göstərdiyimiz oyunun keyfiyyətindən asılı olaraq fikir bildirməliyəm ki, bu nəticə bizi qane edir, ya da etmir.
– “Anderlext”in heyətində daha çox hansı futbolçunu fərqləndirərdiniz?
– Rəqibin istedadlı oyunçuları çoxdur. Çox istəkli və sürətlidilər. Okakanı xüsusi qeyd edərdim. İnsayd hücumçuları sürətlidir. Mərkəz müdafiəçiləri ucaboydurlar, standart vəziyyətlərdə təhlükəlidirlər. Sağ müdafiəçiləri həm hücumda, həm müdafiədə oynayır, meydanın hər yerində görünür. Belə komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq.