Qurban Qurbanov məğlub olduqları oyundan razı qalıb

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Əlbəttə ki, məğlub olmaq istəməzdik. “Sumqayıt” yaxşı oynadı, onlar üçün yaxşı qələbə alındı. Samir Abasova uğurlar arzu edirəm. Samir futbolçu olduğu vaxt həmişə əziyyət çəkib, zəhməti ilə uğur qazanıb və hər bir oyunçuya örnək olub. Məğlub olmağımıza baxmayaraq, Samirin uğuruna sevinirəm.

Məğlubiyyətə baxmayaraq, öz oyunumuzdan razı qaldım. Çempionatımızın ən sürətli, ən gərgin oyunlarından biri alındı. Hazırda sıx qrafik var, futbolçuları oyunlara hazırlamalıyıq. Bir daha Samir Abasovu və komandasını təbrik edirəm, çox istəkli idilər”.

Həmin kateqoriyadan