- Baxış sayı: 40
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bakı”nın hücumçusu Nurlan Novruzova təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, qol.az saytına açıqlamasında yayılan xəbəri təkzib edib:
“Biz bu futbolçuya təklif irəli sürməmişik. Ümumiyyətlə, onun adı bizim transfer siyahımızda yoxdur”.
Qeyd edək ki, Novruzov son müsahibələrinin birində “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən təklif aldığını deyib.