- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya “Rudar”ına qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:
“Hər birinizi görməyə çox şadam. Çempionlar Liqasının yeri başqadır. Digərlərindən fərqlənir. Ötən il yaxşı nəticə əldə etmək istədik, ancaq alınmadı. Buna baxmayaraq, uğurlu mövsüm keçirdiyimizi düşünürəm. Bizdən çox şey istədiyinizin fərqindəyik. Bunun məsuliyyətini də dərk edirik. Bizim üçün vacib oyundur. Çalışdıq ki, komandanın hazır vəziyyətə gətirək. Pis hazırlaşdığımızı düşünmürəm. İlk oyunu evdə oynayırıq. Rəqibi analiz etmişik. Əfsuslar olsun ki, onları yaxından tanıya bilmədik. Çünki 5 yeni oyunçu ilə gücləniblər. Topla oynamağı sevən komandadır. Sabah az səhv etməyə çalışacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Rudar” qarşılaşması sabah 21:30-da start götürəcək.