- Baxış sayı: 42
- 22 Noyabr 2024 20:40
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi məlum olub. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanov püşkü belə dəyərləndirib:
“İlk oyunlar hər zaman çətin olur. Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq. Son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var və Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir.
“Düdelanj” da ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, bu rəqib bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə “Düdelanj” düşdü. Bu gündən etibarən, sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq”.