Qurban Qurbanov söz verdi: “Azarkeşləri sevindirməyə çalışacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Tottenhem” klubu ilə səfər oyunu öncəsi mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı öncə mətbuat konfransında azərbaycanlı jurnalistlərin çoxluğuna diqqət çəkərək deyib:

“Burada özümü lap Bakıdakı kimi hiss etdim. Sizi burada görməyə şadam”.

Qurbanov əlavə edib ki, ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq bir məşqçi kimi onun üçün çox xoşdur:

“Sabah (bu gün – red.) “Qarabağ” ən gözəl oyunlarından birini sərgiləməyə çalışacaq. Komanda çox həvəslidir. Amma bizim üçün heç də asan olmayacaq. “Tottenhem” kimi rəqibə qarşı oynayacağıq. İstənilən halda, azərbaycanlı azarkeşləri sevindirməyə çalışacağıq”.

Həmin kateqoriyadan