- Baxış sayı: 20
- 25 Noyabr 2024 15:02
- Baxış sayı: 20
- Noyabr 25, 2024
- 0
Bu gün Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilmiş “İnter” – “Qarabağ” matçında Azərbaycan futbolu üçün çox nadir hadisə yaşanıb. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Qurban Qurbanov futbolçusuna penaltini kənara vurmaq tapşırığı verib.
Oyunun son saniyələrində Georgi Lomaya cərimə meydançasında Reynaldonu yıxıb. Hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına penalti təyin edib, gürcü qolkiperə isə qırmızı vərəqə göstərib.
Ancaq zərbəni vurmağa hazırlaşan Elvin Məmmədova Danial Kintana baş məşqcidən xəbər gətirib ki, topu kənara vursun. Futbolçu Qurban Qurbanovun tələbini yerinə yetirib.