- Baxış sayı: 5
- 25 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 25, 2024
- 0
Oktyabrın əvvəlində “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun “İnter”lə çempionat qarşılaşmasında atdığı addım futbol içtimaiyyətində böyük əks-səda yaratmışdı. Allsport.az xəbər verir ki, oyunun son dəqiqələrində “İnter”in qapıçısı Georgi Lomaya Reynaldoya qarşı kobud oynayıb.
Bu zaman hakim Elvin Əsgərov meydan sahiblərinin qapısına penalti təyin edib. Hesab 1:0 ağdamlıların xeyrinə olduğu vaxtda, zərbəni vurmağa hazırlaşan Elvin Məmmədovu yanına çağıran Qurban Qurbanov ondan topu kənara vurmağı tələb edib, Elvin də baş məşqçinin tələbini yerinə yetirib.
Qurban Qurbanovun bu jesti sözsüz ki, feyr-pley qaydalarına tam uyğun olan, lakin dünya futbolunda da nadir rast gəlinən jestlərdəndir. Bəs görəsən “Qarabağ”ın baş məşqçisinin bu addımı UEFA tərəfindən qiymətləndiriləcəkmi? Bu sualı AFFA-nın baş katibi Elxan Məmmədov cavablandırıb:
“Əlbəttə ki, Qurban Qurbanovun bu addımı yalnız alqışa layiq idi. Və mən həm AFFA-nın baş Kartibi, həm də UEFA-nın feyr-pley komissiyasının ikinci vitse-prezidenti olduğumdan, komissiyanın İsveçrənin Nyon şəhərində keçirilən noyabr ayındakı iclasında bu məsələnı mütləq müzakirəyə qoyacağam. Hətta bütün gücümdən istifadə edib onu komissiyanın işinin gündəminə də saldıracağam. Bu mənim AFFA-nın baş katibi və komissiyanın məsul şəxsi kimi borcumdur. Əminəm ki, məşqçimizim nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək”. (ATV)